Ölkə futbolu

“Neftçi” yeni mövsümün planlarını qurur: Kimlər gəlir, kimlər…

BƏƏ-nin “Əl Şaab” klubunda forma geyinən Julius Vobayın icarə müddəti bitir.

İdmanxeber.com-un məlumatına görə, müqavilə ilə “Neftçi”yə məxsus olan futbolçu mayda “Əl Şaab”dan ayrılacaq. 

Paytaxt klubunun çalışdırıcısı Böyükağa Hacıyevin bir müddət öncə Nikolas Kanalesin “Neftçi”yə qayıdacağı haqda açıqlama vermişdi. Lakin əldə etdiyimiz məlumata görə, Hacıyev Vobayın da xidmətində yenidən maraqlıdır. Böyük ehtimalla Vobay yayda yenidən “Neftçi” forması geyinəcək. Bununlada “ağ-qaralar” gücünü yenidən bərpa etməklə, əvvəlki əzəmətini geri qayramağa çalışacaq. 



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43