Dünya futbolu

“Neftçi” yeni təyinatı rəsmən açıqladı

Azərbaycanın tanınmış idman jurnalisti və teleşərhçisi Rüstəm Əfsərlinin “Neftçi”dəki təyinatı rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, bu barədə klubun rəsmi saytı xəbər yayıb.

R.Əfsərli “Neftçi”nin Media və Marketinq Departamentinin rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, R.Əfsərli bundan əvvəl “Simurq” və AZAL klublarında çalışıb. 2015-ci ildən isə  “CBC Sport”da şərhçilər qrupuna rəhbərlik edirdi.

Xatırladaq ki, “Neftçi”nin bundan əvvəlki mətbuat xidmətinin rəhbəri Mehman Rəsulov olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43