Ölkə futbolu

“Neftçi” yeni vitse-prezidentini və Sadıqovun müşavirini rəsmən açıqladı

“Neftçi” PFK-nın prezidenti Sadıq Sadıqovun rəhbərliyi ilə klubdaxili iclas keçirilib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

1. Vitse-prezident səlahiyyətlərinin icrası müvəqqəti olaraq “Neftçi” PFK-nın icraçı direktoru Mübariz Xudiyevə tapşırılsın.

2. Şükürov Elnur Əşrəf oğlu klub prezidentinin müşaviri vəzifəsinə təyin edilsin.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43