Kateqoriyasız

“Neftçi” yetirməsini geri qaytardı

“Neftçi” yetirməsi İbrahim Əliyevi komandaya qaytarıb.

İdmanxeber.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 20 yaşlı hücumçu ilə 3 illik müqavilə bağlanıb. Əliyev “ağ-qaralar”da 55 nömrəli formanı geyinəcək.

“Neftçi”nin müxtəlif yaş qruplarından başqa əsas və əvəzedici komandalarında oynamış İbrahim Əliyev indiyədək “Qarabağ” və “Sumqayıt”da da çıxış edib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43