Ölkə futbolu

“Neftçi” yoxlama görüşü keçirəcək

“Neftçi” Azərbaycan yığmasının DÇ-2018-in seçmə mərhələsindəki oyunları ilə əlaqədar Premyer Liqada yaranmış fasilədən istifadə edərək, daha bir yoxlama görüşü keçirəcək. 
İdmanxeber.com-un saytına istinadən xəbər verir ki, “ağ-qaralar” əvəzedici heyətləri ilə üz-üzə gələcəklər.  
Görüş sentyabrın 6-da keçiriləcək. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutacaq oyun saat 17:00-da start götürəcək.
Qeyd edək ki, “Neftçi” ilk yoxlama matçında MOİK-i 3:0 hesabı ilə məğlub etmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43