Ölkə futbolu

“Neftçi” yoxlama oyununda qələbə qazandı

“Neftçi”  təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib.

İdmanxeber.com-un məlumatına görə, komanda “Binə” klubu ilə qarşılaşıb. İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında baş tutmuş görüş “Neftçi”nin 1:0 hesablı qələbəsi ilə nəticələnib. Yeganə qola matçın ikinci hissəsində Rəsul Babazadə imza atıb.

“Neftçi” Bakı toplanışı çərçivəsində növbəti yoxlama oyununu iyulun 19-da “Şüvəlan” klubuna qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43