Ölkə futbolu

“Neftçi” yunanıstanlı futbolçu ilə müqavilə bağladı

“Neftçi” heyətinə yeni futbolçu cəlb edib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yunanıstanlı futbolçu Vanqelis Platellas ilə 1,5 illik müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, sonuncu klubu OFİ (2018) olan Platellas Yunanıstanın “Kaliteya” (2005-2011), “Ksanti” (2011-2013), AEK (2013-2016), “Atromitos” (2016-2017), “Aris” (2017-2018) komandalarında da çıxış edib.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43