Ölkə futbolu

“Neftçi” “Zirə” ilə oyunun hazırlıqlarına başladı

“Neftçi” Topaz Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Zirə” ilə oyunun hazırlığına başlayıb. “Keşlə” ilə görüşdən (1:0) sonra birgünlük fasiləyə buraxılan komandamız bu gün “Türk Hava Yolları Futbol Mərkəzi”ndə məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak edib. Hazırlıq sabah bir məşqlə davam edəcək.

Qeyd edək ki, “Neftçi” – “Zirə” oyunu noyabrın 10-da “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43