Ölkə futbolu

“Neftçi” “Zirə” ilə oyunun hazırlıqlarını başa vurdu

“Neftçi” Topaz Premyer Liqasının 11-ci turunda qarşılaşacağı “Zirə” ilə oyuna hazırlığını başa vurub.

Komanda bu gün klub bazasında oyundan öncə son məşqə çıxıb. Məşqdə zədəli Ruslan Abışov və Məhəmməd Mirzəbəyovdan başqa bütün futbolçular iştirak ediblər.

8-ci km stadionunda baş tutacaq “Neftçi” – “Zirə” matçına sabah saat 19:30-da start veriləcək. Qiyməti VİP yerlərə 5 AZN, qalan bütün sektorlara isə 1 AZN olan oyun biletlərini oyunun keçiriləcəyi 8-ci km stadionunun kassalarından əldə etmək mümkündü.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43