Ölkə futbolu

“Neftçi” “Zirə” üçün asan rəqibdi – 13 – cü duel

Topaz Premyer Liqasının V turunda “Zirə” ilə “Neftçi” üz-üzə gələcək

Bu həftə Topaz Premyer Liqasında V turun oyunları keçiriləcək. “Zirə” öz meydanında “Neftçi”ni qəbul edəcək. Sentyabrın 22-də baş tutacaq qarşılaşma komandalar arasında ölkə çempionatlarında 13-cü duel olacaq. İndiyədək baş tutan 12 görüşdə “Zirə”nin böyük üstünlüyü var. 8 qələbə qazanan “qartallar” 3 dəfə heç-heçə edib və yalnız 1 matçda uduzub. Texniki nəticənin nəzərə alınmadığı top fərqində də bu üstünlük əksini tapıb – 15:7.
Bu matçlarda “Zirə”nin ən yaxşı bombardiri Luis Alberto Diezdir. Onun hesabında 3 qol var. Nelson Bonilla və Riçard Qadze hərəyə 2 dəfə fərqlənib. “Neftçi”nin qapısına qol vuran digər 7 oyunçu isə hərəyə 1 dəfə fərqlənibsə, 1 dəfə də rəqib avtoqola üzülüb.
“Mavi-qırmızılar” Premyer Liqa çərçivəsində 7-ci dəfə bu rəqibi qonaq edəcək. İndiyədək evdə 6 dəfə meydana çıxan komanda 5 qələbə qazanıb, 1 dəfə məğlub olub. Meydan sahiblərinin 8 qol vurduğu görüşlərdə qonaqlar 3 dəfə fərqlənib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43