Kateqoriyasız

“Neftçi”də çempionluq üçün çalışdıq, heç nə alınmadı” – Bordin

Neftçi”nin sabiq baş məşqçisi Roberto Bordin İtaliya mətbuatına açıqlama verib. O, “ağ-qaralar”ı çalışdırdığı zamanları yada salıb:

“Altı il ard-arda çempion olan “Qarabağ”la rəqabət aparan bir komanda hazırladıq. Onlar digər Azərbaycan lklubları ilə müqayisədə böyük büdcəyə sahibdilər. Döyüşdük, yanvarda beş xal irəlidəydik. Çox həvəslənmişdik. Təəssüf ki, mövsümün son oyunlarında bir neçə səhv buraxdıq və çempionatı ikinci pillədə bitirdik. Lider tamamlamaq əla bir şey olardı. Çünki “Neftçi” Azərbaycanın ən titullu komandasıdı. Çalışdıq amma bacarmadıq”.

İtaliyalı mütəxəssis vətənində özünə marağın olmamasını belə şərh edib: “Bu illərdə başa düşdüm ki, şərqdə çalışmaq sənə yeni ünvanlar gətirə bilər. İtaliyada isə şərqdə işlədiyinizi bildikdə, böyük təcrübənizin olacağına inanmırlar. Öz ölkəmdən mənə marağın az olmasının səbəbini bilmirəm. Lakin özüm İtaliya çempionatını internet vasitəsilə izləyirdim. Ancaq burada da başqa ölkələrdən təkliflər gələ bilər. Avropa Liqasının təsnifat mərhələsində “Arsenal”ı (Tula) üstələdiyimiz oyundan sonra mənə Rusiyadan təklif gəlmişdi. Ancaq ölkəmdə çalışmaq ehtimalı olduğunu da nəzərdən keçirdiyim üçün evə qayıtmağı üstün tutdum”.

Roberto Bordin 2018-ci ilin iyunundan 2020-ci ilin yanvarınadək “Neftçi”də işləyib.

Oxşar xəbərlər

Türkiyə Azərbaycan millisi ilə qarşılaşacaq

admin

“Çelsi” Kovaçiçi istəyir

admin

“Qarabağ”ın futbolçusunun qaşı partladı

admin