Ölkə futbolu

“Neftçi”də son durum: Qara komanda ilə məşqlərə başladı

“Neftçi”də “Qəbələ” oyunu öncəsi zədəli futbolçuların durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, bir müddətdir zədədən əziyyət çəkən Qara Qarayev artıq kollektivlə məşqlərə qatılır. Azər Əliyev və Reziuan Mirzov fərdi və qismən komanda ilə hazırlıqlarda iştirak edirlər.

Müalicə prosesini davam etdirən Kilan Lebon fərdi məşqlərlə kifayətlənir. Ataa Caber isə Asiya Kubokunun oyunları ilə bağlı hazırda Fələstin millisinin düşərgəsindədir.

 “Neftçi” – “Qəbələ” oyunu yanvarın 28-də “Neftçi Arena”da keçiriləcək. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43