09 Fevral 2023
Ölkə futbolu

“Neftçi”də xorvatiyalı baş məşqçi? – YENİ İDDİA

Millimizin sabiq çalışdırıcısı Robert Prosineçki yenidən ölkəmizdə işləyə bilər.

İdmanxeber.az xəbər verir ki, xorvatiyalı mütəxəssis “Neftçi”ni çalışdıra bilər. Məlumata görə, o, “ağ-qaralar”In hazırkı baş məşqçisi Laurentsiu Regekampfın yerinə əsas namizəddir.

Belə iddia ilə “World Football News” çıxış edib.

Prosineçki 2014-17-ci illərdə Azərbaycan millisini çalışdırıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43