24 Fevral 2020
Kateqoriyasız

“Neftçi”də yeni təyinat

“Neftçi”nin məşqçilər korpusuna yeni təyinat olub.

İdmanxeber.az klubun saytına istinadən xəbər verir ki, əsas komandanın fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini Mario Fernandes Kastelyano yerinə yetirəcək. 34 yaşlı ispaniyalı mütəxəssislə mövsümün sonunadək müqavilə bağlanıb.

2013-2015-ci illərdə “Bakı” klubunda işləmiş Mario Fernandes Kastelyano Madrid “Atletiko”sunun futbol akademiyasında (U-10-U-17, 2005-2010) və “B” komandasında (2010-2012), eləcə də İspaniyanın “Xetafe” “B” (2015-2016) və Çinin “Dalian Yifanq” (2016-2018) klublarında çalışıb. O, UEFA-nın PRO kateqoriyasına malikdir.

Oxşar xəbərlər

“Səbail” makedoniyalı qapıçı aldı – rəsmi

admin

Renat Dadaşov start heyətində

admin

“Sumqayıt”la 19-cu görüş

admin