Ölkə futbolu

“Neftçi”də zədəli futbolçuların son durumu bəlli oldu

“Neftçi”də zədəli futbolçuların son durumuna aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumata görə, Azərbaycan Premyer Liqasının XX turunun “Qəbələ” ilə oyunundan (3:1) əvvəl keçirilən son məşqdə zədələnən qapıçı İvan Brkiç müalicəsini davam etdirir.

Bir müddətdir zədəli olan Kilan Lebon isə fərdi olaraq hazırlaşır.

Asiya Kubokunda Fələstin milli komandası ilə çıxışını başa vuran Ataa Caber isə bir müddət müalicə kursu keçdikdən sonra Bakıya qayıdacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43