14 Dekabr 2019
Kateqoriyasız

“Neftçi”dən getmək üçün 100 min manatından keçəcək

“Mirabdullanın “Neftçi”ni tərk edəcəyi böyük ölçüdə dəqiqdi. Özü mənimlə söhbətində bunu açıq-aşkar bildirdi. Sansonenin kölgəsində qalmaqdansa, başqa komandada oynamaqda maraqlıdır”.

İdmanxeber.az “Futbol+” qəzetinə istinadən xəbər verir ki, bu sözləri “Nefdtçi”nin futbolçusu Mirabdulla Abbasovun meneceri Tural Əsgərov deyib.

O, bildirib ki, M.Abbasov cibindən 100 min manat ödəyərək sərbəst qalacaq:

“Abbasov 100 min manat ödəməklə sərbəst qala bilər. Həmin pulu öz cibindən ödəyəcək. Millinin oyunlarından sonra bu məsələyə qayıdacağıq”.

 

Oxşar xəbərlər

“Qarabağ” üçün şok itki: “Sevilya” ilə oyunu buraxacaq

admin

“Qarabağ” – “Sabah”: Start heyətlər

admin

“Ona görə hücum futbolu seçdim ki…” – Bordin

admin