Kateqoriyasız

“Neftçi”də 1-i dəqiq, 2-si qeyri-dəqiq

“Neftçi” Misli Premyer Liqasının III turu çərçivəsində “Sabah”a qarşı keçiriləcək oyuna itkilərlə hazırlaşır.

Klubun mətbuat xidmətindən “İdmanxeber”ə verilən məlumata görə, əməliyyat olunduğu üçün bir neçə ay meydanlardan uzaq qalacaq Azər Salahlı ilə yanaşı, zədəsi olan Azər Əliyev və Donyo Qodsveyin də “Sabah”a qarşı oynayıb-oynamayacağı sual altındadır. İki futbolçunun da durumunun yaxın günlərdə bəlli olacağı bildirilib.

“Sabah” – “Neftçi” görüşü avqustun 20-si saat 20:30 başlayacaq. Oyun “Bank Respublika Arena”da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43