Kateqoriyasız

“Neftçi”də daha bir yoluxma

“Neftçi”nin qapıçılar üzrə məşqçisi Etibar Tarıverdiyev də koronavirusa yoluxub.

İdmanxeber.az klub TV-sinə istinadən xəbər verir ki, onun test nəticəsi müsbət çıxıb. Ötən gün məşqə çıxa bilməyən qapıçı Kamran İbrahimov və yarımmüdafiəçi Sabir Buqrin isə hazırda özlərini yaxşı hiss edir.

Kollektiv bu gün növbəti dəfə koronavirus testindən keçəcək.

Qeyd edək ki, daha əvvəl “Neftçi”nin baş məşqçisi Samir Abasov, onun köməkçisi Vəfadar Quliyev, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçi Fəhmin Muradbəylinin testi müsbət çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43