Ölkə futbolu

“Sabah” oyunu öncəsi “Neftçi”də iki itki – Mirabdulla Abbasov oynayacaq ?

Topaz Premyer Liqasının XXV turunda “Neftçi” “Sabah”la qarşılaşacaq

İdmanxeber.az-ın məlumatına görə, ötən tur “Səbail”lə heç-heçə (2:2) edərək çempionluq yolunda ağır zərbə alan “ağ-qaralar” bu tur səfərdə “Sabah”la qarşılaşacaq.

“Sabah” oyunu öncəsi “Neftçi”nin heyətində iki itki var. Bunlar “Səbail”lə matçda sarı vərəqə görərək cəzalı vəziyyətə düşən  Canluke Sansone və qapıçı Aqil Məmmədovdur.

“Səbail”lə oyunda zədələnərək məcburi əvəzlənən Mirabdulla Abbasovun durumu isə elə də ciddi deyil. O, baş məşqçinin şans verməsi təqdirdə “Sabah”a qarşı meydanda olacaq.

Qeyd edək ki, “Sabah” – “Neftçi” matçı aprelin 19-u saat 18:30-da başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43