Ölkə futbolu

“Neftçi”də nigeriyalı futbolçu

Təlim-məşq toplanışını Antalyada davam etdirən “Neftçi” baxışa nigeriyalı futbolçu dəvət edib.

İdmanxeber.az-ın məlumatına görə, nigeriyalı yarımmüdafiəçi Yesse Sekidika artıq klubun düşərgəsindədir. 23 yaşlı futboçunun bu gün Rumınıyanın “Qaz Metan” klubuna qarşı keçiriləcək yoxlama oyununda meydan olması gözlənilir.

Əgər futbolçunun performansı baş məşqçini qane etsə, gənc oyunçu ilə müqavilə imzalanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43