Kateqoriyasız

“Neftçi”də qvineyalı futbolçu

“Neftçi” baxışa yeni futbolçu dəvət edib.

İdmanxeber.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu, qvineyalı Yamussa Kamaradır. 19 yaşlı Kamara hücumameylli yarımmüdafiəçidir. Vətənində “Seynt Marie” akademiyasında (2012-2016), eləcə də “Elefant de Kolea” (2016-2017), “Satellit” (2017-2018) və “Kalum Star” (2018-2019) klublarında çıxış etmiş futbolçu bu ölkənin U-16, U-20 və U-23 milli komandasının formasını geyinib.

Qeyd edək ki, məşqçilər korpusu bu gün məşqlərə qoşulan Yamussa Kamara haqda müsbət qərar verərsə, onunla müqavilə bağlanacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43