Ölkə futbolu

“Neftçi”də yeni müqavilə

“Neftçi” müdafiəçisi Ömər Buludovla gələn il mayın 31-də bitməli olan müqavilənin müddətini artırıb.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, yeni sözləşməyə əsasən, 19 yaşlı müdafiəçi 2021-ci il mayın 31-dək “ağ-qaralar”ın formasını geyinəcək.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan Ö. Buludov bu mövsüm 9 oyunda meydana çıxıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43