Ölkə futbolu

“Neftçi”dəki gələcəyim barədə danışmaq istəmirəm” – Laurentsiu Regekamf

“Oyundan sonra danışmaq çətindir. Hazırda ağlımda yalnız elədiyimiz səhvlərdir. Müdafiəmizdə iki səhv etdik və qolla nəticələndi. Daha sonra isə azlıqda qaldıq. “Qarabağ”a qarşı 10 nəfərlə mübarizə aparmaq çətindir. Bu, üzr olmamalıdır. Hətta oyunçulardan daha artıq performans göstərmələrini tələb edirdim”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Laurentsi Regekamf “Qarabağ” oyunu barədə danışarkən deyib. O, daha sonra belə davam edib:

“Üçüncü qolu standart vəziyyətdən buraxdıq. Bu, baş verməli deyildi. Hündürboy oyunçularımız çoxdur və başla oynamağı yaxşı bacarırlar. Bilirdik ki, Kevin Medina hava toplarında təhlükəlidir. Bu barədə danışmışdıq. Ancaq yenə qapımızda standart vəziyyətdən qol gördük. Ümumən komandanın reaksiyası pis deyildi, yaxşı mübarizə apardıq. Oyun boyu müdafiə olunmağa məcbur olduq. Çalışırdıq “Qarabağ”ın yollarını bağlayaq. Ancaq rəqib yaxşı oyun göstərdi. Oyunun əvvəlindəki iki qolu buraxmalı deyildik. Ancaq futbolda belə hallar olur. Qarşıdakı oyunlarda daha çox çalışıb kubokun sahibi olmalıyıq”.

Rumıniyalı mütəxəssis cari mövsüm “Qarabağ”a qarşı qalib gələ bilməmələrini belə şərh edib:

“Bütün məğlubiyyətlər məni narahat edir. Elədiyimiz səhvlərdən nəticə çıxarmalıyıq. Gələn mövsüm daha güclü olmalıyıq və olacağıq. 

“Neftçi”dəki gələcəyim barədə danışmaq istəmirəm. Mənə elə gəlir ki, bu barədə kifayət qədər yazılır. Mən hər gün eyni motivasiya ilə ilə işimin başındayam. Heç kim burada daimi deyil. Mən hər zaman pozitiv yanaşmağa çalışıram”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43