Kateqoriyasız

“Neftçi”dən ayrılan Donald Gerye “Qarabağ”a qayıtdı

Donald Gerye “Qarabağ”a qayıdıb.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə haitili müdafiəçi özünün “İnstaqram” səhifəsində yazıb: “Doğma yer haqqında sehirli olan tək şey onu tərk etməyin yaxşı olduğu qədər ora geri qayıtmağın da xoş hisslər yaratmasıdır. Geri qayıtdım. Razılıq əldə olundu”.

Qeyd edək ki, D.Gerye 2017 – 2019-cu illərdə “Qarabağ”da çıxış edib. 31 yaşlı oyunçu ötən yay “Neftçi”yə transfer olunmuş və bir müddət öncə klubdan ayrılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43