Ölkə futbolu

“Neftçi”dən ayrılan futbolçu “Sabah”da – rəsmi

“Sabah” qış fasiləsində ilk transferini reallaşdırıb.

İdmanxeber.az-ın klubun rəsmi Feysbuk səhifəsinə istinadən yaydığı xəbərə görə, Rəşad Eyubov bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

26 yaşlı yarımmüdafiəçi ilə 2,5 illik müqavilə bağlanıb. Rəşad yeni komandasında 7 nömrəli formada çıxış edəcək.

Qeyd edək ki, karyerası ərzində “Simurq”, “Kəpəz”, “Qəbələ”, “Sumqayıt”da oynamış Eyubovun son komandası “Neftçi” olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43