Kateqoriyasız

“Neftçi”dən son 4 ilin ən uğurlu startı

“Neftçi” çempionata uğurlu başlayıb.

İdmanxeber.az-ın məlumatına görə, Topaz Premyer Liqasının ilk 3 turunda hesabına 7 xal yazdıran “Neftçi” son 4 il ərzində çempionata ən uğurlu start verib. 2014/2015 mövsümünə 9 xalla başlayan komandamız 2015/2016 mövsümünün ilk üç oyununda 4, 2016/2017-də 3 xal toplayıb. 2017/2018-in ilk üç matçında isə ümumiyyətlə xal qazanmayıb.

Qeyd edək ki, bu mövsüm “Sumqayıt” (2:0), “Qələbə” (2:1) və “Qarabağ” (1:1) ilə qarşılaşan “Neftçi” hazırda turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43