Ölkə futbolu

“Neftçi”də Araz Abdullayev şoku

“Neftçi” PFK Topaz Premyer Liqası çərçivəsində AZAL klubu ilə keçirəcəyi oyunun hazırlıqlarını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, komandanın bugünkü məşqi klubun bazasında baş tutub.

Təxminən saatyarım davam edən məşq zamanı Araz Abdullayev ikitərəfli oyunda qapıçı Pavels Doroşevslə mübarizədə toqquşub və ayaq pəncəsindən zədə alaraq məşqi yarımıq dayandırıb. Həkim müayinəsindən sonra Araz Abdullayevin məşqləri nə zaman bərpa edəcəyinə aydınlıq gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43