Ölkə futbolu

“Neftçi”də bir ayrılıq, 3 futbolçu icarəyə verildi

“Neftçi”də ayrılıq reallaşıb.

İdmanxeber.com-un məlumatına görə, paytaxt təmsilçisi Eltun Yaqublu ilə yollarını ayırıb. Yarımmüdafiəçinin müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verilib.

“Ağ-qaralar” digər 3 futbolçusu – Aqşin Qurbanlı, Orxan Qurbanlı və Təyyar Məmmədovu icarəyə verib. Müqaviləyə görə Aqşin və Orxan 1 il, Təyyar isə 6 ay müddətinə “Səbail”in formasını geyinəcəklər.

Xatırladaq ki, Eltun da ötən mövsüm “Səbail”ə icarəyə verilmişdi.  


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43