Ölkə futbolu

“Neftçi”də böyük itki: Flavinyo sıradan çıxdı

“Neftçi”nin aparıcı üzvü Flavinyo zədələnib.

İdmanxeber.com-un məlumatına görə, bu gün səhər saatlarında Bakıya təşrif buyuran “ağ-qaralar”ın üzvü axsayaraq klub avtobusa minib. 

Paytaxt klubunun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə braziliyalı futbolçunun Sloveniyada zədələndiyini bildirib. Lakin bu zədə ciddi deyil. Böyük ehtimalla Flavinyo “Çixura” ilə oyuna kimi yetişəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43