Ölkə futbolu

“Neftçi”də böyük itki: Pley-off mərhələsinin ilk oyununda olmayacaq!

UEFA Avropa Liqasının cavab görüşü çərçivəsində Gürcüstanda “Çixura”nı məğlub edən “Neftçi” pley-off mərhələsinə vəsiqə qazanıb.

İdmanxeber.com-un məlumatına görə, “ağ-qaralar” pley-off mərhələsinin ilk görüşündə aparıcı futbolçusu Karlos Kardozonun xidmətindən məhrum olacaq.

Braziliyalı müdafiəçi “Çixura” ilə oyunun ikinci yarısında sarı vərəqə alaraq cəzalı duruma düşüb. Ardıcıl 3-cü oyunda sarı vərəqə alan Kardozo pley-off mərhələsindəki ilk matçı buraxmalı olacaq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43