28 Sentyabr 2024
Kateqoriyasız

“Neftçi”də ciddi itki

“Neftçi” XI turda qarşılaşacağı AZAL önünə ciddi itki ilə çıxacaq.

İdmanxeber.com-un məlumatına görə, dünən “Bakı” ilə oyunda sarı vərəqə alan Erik Ramos cəzalı duruma düşüb. 

Qarşılaşmanın 60-cı dəqiqəsində sarı vərəqə alan Ramos məhz buna görə də “təyyarəçilər”lə oyunda “Neftçi”yə kömək edə bilməyəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43