22 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”də ispaniyalı məşqçi

Yeni mövsümdən ölkəmizi Avropa Liqasında təmsil edəcək “Neftçi” yeni məşqçi ilə anlaşıb.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, “ağ-qaralar” ispaniyalı fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə imzalayıb.

1989-1994-cü illərdə Qranada Universitetinin “Bədən Tərbiyyəsi və İdman” fakültəsində təhsil almış mütəxəssis, 1995/96-cı illər mövsümündə “Rekreativo” klubunda çalışıb. 1999-2002-ci illərdə “Albasete” klubunda fəaliyyət göstərmiş 46 yaşlı məşqçi, 2005-2007-ci illərdə “Deportivo”nun uğurları üçün çalışıb. 2007-ci ildə “Atletik” Bilbao klubuna gəlmiş Fransisko Navarro 4 mövsüm ardıcıl bu klubda işləyib.

Məlum olduğu kimi, Bilbao təmsilçisinin heyətində hər zaman əsasən yerli futbolçular çıxış edib. Az sayda legionerin çıxış etdiyi “Atletik” klubunun futbolçularının əksəriyyəti klubun öz yetirmələri olub. Fiziki hazırlıq üzrə məşqçi Fransisko Navarro ilə müqavilə bağlanarkən də məhz bu amilə xüsusi diqqət yetirilib. İspaniyalı mütəxəssis yerli futbolçuların yetişdirilməsində və inkişafında böyük təcrübəyə malikdir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43