• Ana səhifə
  • Ölkə futbolu
  • “Neftçi”də müəmmalı durum: qış planı məlum oldu, Süleymanova seçim imkanı vermədilər – ÖZƏL
Ölkə futbolu

“Neftçi”də müəmmalı durum: qış planı məlum oldu, Süleymanova seçim imkanı vermədilər – ÖZƏL

Son ölkə çempionu "Neftçi"nin qış planları demək olar ki, məlumdur.

İdmanxeber.com-un etibarlı mənbədən əldə etdiyi məlumata görə, hələ qış transfer pəncərəsinin açılmasına bir müddət qalsa da sən demə "Neftçi" heç bu fasilədə futbolçu transfer etməyəcək. Daha doğrusu "ağ-qaralar"ın heyətinin geniş olması əsas gətirilərək, bu qışda futbolçu transfer etmək istəmirlər. Lakin icarəyə verilən futbolçular geri çağırılacaq. Bundan sonra Nazim Süleymanov geri qayıdacaq oyunçuların potensialını bir daha yoxlayacaq və onlar haqda son qərar verəcək. Qısacası Süleymanov yalnız yerli futbolçular arasında seçim edəcək. Onun xarici futbolçu seçmə imkanı bu qış böyük ehtimalla olmaya bilər.

Bundan əlavə bir müddət əvvəl "Neftçi"dən göndəriləcəyi gözlənilən Platyenin qalıb-qalmaması ilə bağlı yekun qərar verilməyib. Lakin onun göndərilmə variantı daha böyükdü.
 

Oxşar xəbərlər

“Xəzər Lənkəran” və “Qarabağ” fərqi

admin

“Qarabağ” “Arsenal”la oyuna hazırlığı bu gün tamamlayacaq

admin

“Qarabağ”ın bosniyalı futbolçusu tələsməməyi məsləhət gördü: “Hələ tezdi”

admin