Ölkə futbolu

“Neftçi”də qarışıqlıq: “Sənədlərimi verin, gedim” – ÖZƏL

“Neftçi”nin transferə çıxardığı Mirhüseyn Seyidov Ötən il bu klubla bağladığı müqaviləyə görə peşmandı.

İdmanxeber.com-un əldə etdiyi özəl məlumata görə, paytaxt klubunun vitse-kapitanı komandanın prezidenti Sadıq Sadıqovun dönəmində “Neftçi” ilə 2 illik müqavilə imzalayıb. Lakin “Neftçi”də son vaxtlar baş verən məlum hadisələr Seyidovu da bu kluba qarşı “soyudub”. Sadıq Sadıqovun “kölgə”də qalması yarımmüdafiəçinin də komandadan getmək istəməsinə gətirib çıxardıb. 

Maraqlıdır ki, Seyidov komandada qalmamasına görə əlindən gələni edib. O, Müşahidə Şurasının yaradıması, Sadıq Sadıqovun ikinci plana düşməsi və bu minvalla başqanın “Neftçi”dən uzaqlaşdırılmasını görüncə əl atdığı ən sonuncu variant “İnter”lə matçda aldığı qırmızı vərəqə olub. 

Matçdan öncə isə futbolçu klub rəhbərliyinə yaxınlaşaraq: “Mən bilmirdim Sadıq Sadıqov gedəcək. O, burda olanda müqavilə imzaladım. İndi isə getmək istəyirəm. Sənədlərimi verin, gedim” – deyib. Rəhbərlikdən gələn cavab isə “Sonra söhbət eliyərik” – olub. Məhz bundan sonra futbolçu “İnter”lə matçda sonradan meyana daxil olaraq çox keçmədən qırmızı vərəqə alıb. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43