Ölkə futbolu

“Neftçi”də rəsmi ayrılıq

Georgi Navalovski “Neftçi” ilə yollarını rəsmən ayırıb.

Idmanxeber.com-un məlumatına görə, bu barədə xəbəri klubun rəsmi saytı yayıb.

Gürcüstanlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib. Klub Navalovskiyə komandadakı xidmətlərinə görə, təşəkkür edib.

Qeyd edək ki, ötən ilin dekabrında “Neftçi”yə keçən 31 yaşlı futbolçu karyerasını Rusiya Premyer Liqasında çıxış edən “SKA-Xabarovsk” klubunda davam etdirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43