“Neftçi” klubu futbolçusu Cavid İmamverdiyevlə müqaviləsini yeniləyib.
İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müqaviləyə əsasən futbolçu 2018-ci ilə qədər “Neftçi”yə məxsusdur.
Qeyd edək ki, Türkiyənin “Ankaraspor” klubu Cavid İmamverdiyevi icarə əsasında transfer etməklə bağlı “Neftçi”yə rəsmi müraciət ünvanlayıb və iki klub arasında danışıqlar davam edir.