Kateqoriyasız

“Neftçi”də yeni təyinat

Asif Əliyev “Neftçi”nin aşağı yaş qrupu komandalarının koordinatoru vəzifəsinə təyin edilib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, rəhbərliyin və aşağı yaş qrupu komandalarının məşqçilərinin iştirakı ilə keçirilmiş iclasda Asif Əliyev komanda üzvlərinə təqdim olunub.

Gənc mütəxəssis təyinatı ilə bağlı bunları deyib:

“Buna qədər U-17 və U-21 milli komandalarında köməkçi məşqçi vəzifəsini yerinə yetirmişəm. Bolqarıstanda “B”, Azərbaycanda isə “A” kateqoriyalı məşqçi kurslarını bitirmişəm. Əsas fəaliyyət sahəm isə yeniyetmə və uşaq futbolunun inkişafı və idarəolunmasıdır.

Bu sahədə ali biliklərə yiyələnmişəm və dissertasiya müdafiə etmişəm. “Neftçi”yə klub prezidenti Sadıq Sadıqov tərəfindən dəvət olundum. Mənə göstərilən etimada görə klub prezidentinə təşəkkürümü bildirirəm. Klubda işləmək təcrübəsi mənim üçün yeni olsa da, çalışacağam ki, bildiklərimi burada da da tətbiq edim. Ümid edirəm ki, “Neftçi”də bundan sonra da Azərbaycan futboluna faydalı simalar bəxş edəcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43