Ölkə futbolu

“Neftçi”dən “Bakı” və “İnter” qələbəsi

“Neftçi” PFK-nın U-11 komandası növbəti dəfə qalib gəlib. Baş məşqçi Vaqif Əliyevin yetirmələri “Bakı” üzərində 3:1 hesablı səfər qələbəsi qazanıb. Komandanın qollarını Tural Mirsultanov, Ağadadaş Salyanski və Bahadur Quliyev vurublar.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, “flaqman”ın U-13 komandası da qələbə qazanıb. Baş məşqçi Eldəniz Məmmədovun yetirmələri “İnter”i məğlub edərək birinci pillədəki yerini möhkəmlədib. 4:0 hesabı ilə nəticələnən oyunda Musa Qurbanlı, Mübariz Soltanov, Malik Nadirov və Vüsal Qənbərov fərqləniblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43