İdman

“Neftçi”dən bəyanat: “Klubun adından sui-istifadə edirlər”

“Neftçi” bəyanat yayıb. Paytaxt təmsilçisirəsmi sayt vasitəsilə mətbuatda yazılan transfer xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib.

Bəyanatda deyilir: “Son vaxtlar kütləvi informasiya vasitələrində “Neftçi” PFK-nın transfer siyasəti ilə bağlı həqiqətə uyğun olmayan çoxsaylı xəbərlərə rast gəlinir. Bəzi KİV nümayəndələri klubumuzun adından sui-istifadə edir, müxtəlif futbolçuların “Neftçi” PFK ilə anlaşdığı haqda dezinformasiyalar yayır.

“Neftçi” PFK tək transfer deyil, bütün məsələlərdə müvafiq qanunlar çərçivəsində hərəkət edib, futbolçunun və onun məxsus olduğu klubun haqlarını pozmayıb və bundan sonra da prinsiplərini dəyişməyəcək.

Transfer çalışmalarında hər hansı yeniliklə bağlı klubun rəsmi şəxslərindən və mənbələrindən məlumat almağınız tövsiyə olunur”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43