Ölkə futbolu

“Neftçi”dən kubokun finalı öncəsi PFL və HK-ə etiraz

Bir neçə saatdan sonra başlayacaq Azərbaycan kubokunun "Qəbələ" – "Neftçi" finalına hakim təyinatları açıqlanıb.

İdmanxeber.com-a daxil olan məlumata görə, qarşılaşmanın baş hakimi Əliyar Ağayevin olacağı bəlli olduqdan sonra "Neftçi" tərəfi PFL-ə və Hakimlər Komitəsinə etirazını bildirib. 

Məsələ burasındadır ki, "Neftçi"nin cari mövsümdəki matçlarında kobud səhvləri ilə yadda qalan Ağayevin həlledici qarşılaşmada da eyi aqibəti "ağ-qaralar"a yaşadacağından narahat olan klub rəsmiləri bu addımı atıb.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43