İdman

“Neftçi”dən növbəti transfer

“Neftçi” növbəti transferi gerçəkləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi 27 yaşlı çex müdafiəçi Pavel Dreksanı heyətinə qatıb. Onunla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Dreksa müxtəlif vaxtlarda Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarında oynayıb. O, klub səviyyyəsində “Siqma”, “Banik” “Znoymo” və “Karvina”da oynayıb.

Dreksa “Neftçi”də 6 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, bu qış transfer pəncərəsi zamanı “Neftçi” Namiq Ələsgərov (“Qarabağ”), Georgi Navalovski (“Veria”, Yunanıstan), Zdenek Folprext (“Slovan”, Çexiya), Kirill Petrov (“Olimpik”, Ukrayna) və İqnasio Herreranı (“İrtış” Qazaxıstan) da heyətinə qatıb.



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43