İdman

“Neftçi”dən növbəti transfer

“Neftçi”  daha bir transferini rəsmiləşdirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, Bakı təmsilçisi Rəşad Eyubovla 1 illik müqavilə imzalayıb. 25 yaşlı yarımmüdafiəçi “ağ-qaralar”ın heyətində 4 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, R. Eyubov ötən mövsümü “Sumqayıt”ın heyətində keçirib və 28 oyunda 4 qol vurub. O, karyerası ərzində Ukraynanın “Çernomorets” və “Metallurq” klubları ilə yanaşı, ölkəmizdə “Simurq”, “Xəzər Lənkəran”, “Kəpəz” və “Qəbələ”də də çıxış edib.

Xatırladaq ki, “Neftçi” bundan əvvəl  müdafiəçi Tural Axundov və braziliyalı hücumçu Dario Frederiko ilə müqavilə imzalayıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43