Ölkə futbolu

“Neftçi”dən “Qarabağ”a təbrik

“Neftçi” PFK “Qarabağ” klubunu Topaz Premyer Liqasının 2013-2014-cü illər mövsümündə çempion olması münasibətilə təbrik edib.

İdmanxeber.com klubun rəsmi saytına istinadən xəbər verir ki, klub prezidenti Sadıq Sadıqov tərəfindən “Qarabağ” FK-ya ünvanlanmış məktubda deyilir:

“Neftçi” ilə yanaşı Azərbaycan müstəqillik əldə etdikdən sonra bütün çempionatlarda iştirak etmiş “Qarabağ” hər zaman iddialı çıxışı ilə diqqəti cəlb edib. Son illər “Neftçi” PFK və “Qarabağ” FK avrokubokların qrup və pley-off mərhələlərindəki uğurlu oyunları ilə ölkə futbolunu layiqincə təmsil etmişlər. “Neftçi” PFK-nın rəhbərliyi, məşqçilər heyəti və futbolçuları adından bir daha “Qarabağ” komandasını təbrik edir və Çempionlar Liqasında uğurlar arzulayırıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43