Ölkə futbolu

“Neftçi”dən qeyri-peşəkar addım: Süleymanova son 90 dəqiqəlik şans – ÖZƏL

Son turda "Qarabağ"a uduzaraq liderliyi rəqibinə verən "Neftçi" baş məşqçisi Nazim Süleymanovu göndərməsi ilə bağlı mətbuatda xəbərlər dolaşır.

Süleymanovun istefası komandanın uğursuz çıxışı ilə bağlıdı. Əslində yarımçıq işi götürərək, bu yükün altına girən Süleymanov artıq "Neftçi"də istənilmir. Bunun məntiqi nəticəsi kimi onun üçün "Qəbələ" ilə matç sonuncu ola bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, kub prezidenti Sadıq Sadıqov artıq çalışdırıcıya son şans verib. Belə ki, "Qəbələ" ilə oyunda alınacaq daha bir yenilgi Nazim Süleymanovun postundan getməsi ilə nəticələnə bilər.

"Neftçi" Süleymanovun rəhbərliyi altında 6 oyunda 3 qələbə, 1 heç-heçə və 2 məğlubiyyət (kubok oyunu xaric) alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43