Dünyadan

“Neftçi”dən qovulan futbolçunun yeni klubu müəyyənləşdi

Mövsümün gedişində “Neftçi”dən qovulan Dario Melnyak özünə yeni komanda tapıb.

İdmanxeber.com-un məlumatına görə, xorvatiyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Melnyak ölkəsinin “Slaven Belupo” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, mövsümün sonuna qədər sözügedən komandada icarə əsasında çıxış edəcək.

Xatırladaq ki, Belçikanın “Lokeren” klubu 24 yaşlı müdafiəçini “Neftçi”yə də icarəyə vermişdi.

Qeyd edək ki, Melnyak “Neftçi”də 10 oyun keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43