Dünya futbolu

“Neftçi”dən qovulan futbolçunun yeni klubu müəyyənləşdi

Mövsümün gedişində “Neftçi”dən qovulan Vançe Şikov özünə yeni komanda tapıb.

Makedoniyalı futbolçu karyerasını ölkəsində davam etdirəcək. Şikov ölkəsinin “Rabotniçki” klubu ilə münasibətlərini rəsmiləşdirib. O, mövsümün sonuna qədər sözügedən komandanın uğurları üçün çalışacaq.

Qeyd edək ki, Makedoniya millisinin də üzvü olan 31 yaşlı futbolçu “Neftçi”də 9 oyun keçirmişdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43