Kateqoriyasız

“Neftçi”dən rəsmi açıqlama: “Dəyişiklik gözlənilir”

“Neftçi” Sadıq Sadıqovun istefası ilə bağlı yayılan xəbərlərə rəsmi münasibət bildirib.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, məlumatda bildirilir ki, Sadıq Sadıqov “Neftçi” İdman Klubu İctimai Birliyinin rəhbəri, eyni zamanda “Neftçi” PFK-nın da prezidentidir.

Bununla belə, klub bəyan edib ki, “Neftçi” PFK bir müddət əvvəl “Neftçi” İdman Klubu İctimai Birliyinin tərkibinə verilib. Klub bununla bağlı bəzi Nizamnamə və struktur dəyişiklikləri gözlənildiyini təsdiqləyib: “Bu haqda ictimaiyyətə məlumat veriləcək”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43