14 Oktyabr 2024
Kateqoriyasız

“Neftçi”dən “Xəzər Lənkəran”a rədd cavabı – RƏSMİ AÇIQLAMA

"Neftçi" "Xəzər Lənkəran"ın Premyer Liqanın 13-cü turu çərçivəsində keçirilməli olan "Böyük oyun"un Bakıda baş tutması və meydan sahibi kimi "ağ-qaralar"ın olmasına mənfi cavab verib.

Bu barədə idmanxeber.com-a "Neftçi"nin mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Klub rəsmisi Lənkəran təmsilçisinin müraciətini rədd etmələrini belə əsaslandırıb:

"Biz "Xəzər Lənkəran"a məktub hazırlamışıq. İstənilən meydançada oynamağa hazır olduğumuzu bildirmişik. Burada məşqçilər korpusunun, komanda heyətinin, azarkeşlərinin və ən əsası idman prinsiplərinin qorunmasını nəzərə alaraq nominal meydan sahibi kimi "Xəzər Lənkəran"ın olmasını istəyirik. Ona görə də bu məktubda da öz əksini tapıb və az sonra rəsmi saytda yayımlanacaq. "Neftçi" olaraq Bakıxanov stadionun Premyer Liqanın 13-cü turunun oyununu keçirmək üçün "Xəzər Lənkəran"ın sərəncamına verməyə hazırdı".

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43