Ölkə futbolu

“Neftçi”dən yeni xəbər var: Biri qayıdır, digəri sual altındadı

"Neftçi" "İnter"lə oyunun hazırlıqlarının davam etdirir.

Paytaxt klubunun mətbuat xidmətindən idmanxeber.com-a verilən məlumata görə, komandanın heyətində hər hansı bir zədəli və cəzalı futbolçu yoxdu.

"Xəzər Lənkəran"la Superkubok matçında zədələnərək meydanı tərk edən Karlos Kardozo da bu vacib oyunda "ağ-qaralar"a kömək edə biləcəyi gözlənilir.

Əvəzində isə zədəli Denis Silvanın paytaxt derbisində meydana çıxacağı sual altındadı

Qeyd edək ki, "İnter" – "Neftçi" matçı ayın 23-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43