27 Oktyabr 2020
Premyer Liqa

“Neftçi”nin 250-ci qələbəsi

“Neftçi” Azərbaycan çempionatlarında 250-ci ev qələbəsini qazanıb.

İdmanxeber.az PFL-in saytına istinadən xəbər verir ki, bu, Premyer Liqada 2020/21 mövsümünün 1-ci turuna təsadüf edib. Öz meydanında “Səbail”ə 2:1 hesabı ilə qalib gələn Bakı klubu yubiley qələbəsinə sevinib. 1992-ci ildən keçirilən çempionatlardakı 250-ci uğur 394-cü matçda qeydə alınıb. Paytaxt təmsilçisi yarışın tarixində ən çox ev qələbəsi qazanan ikinci komandadır. Yalnız “Qarabağ” daha çox – 265 dəfə doğma meydandan qalib ayrılıb.

“Neftçi”nin Azərbaycan çempionatlarındakı ilk ev qələbəsi 1992-ci il mövsümünə təsadüf edib. “Ağ-qaralar” mayın 8-də Sumqayıt “Xəzər”inə 1:0 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Premyer Liqamızda 26-cı tur: Hansı oyunlar canlı yayımlanacaq?

admin

Con Toşak: “Uşaq səhvindən sonra qapımızda qol gördük”

admin

“Qəbələ”nin təxirə salınmış oyununun başlama saatı açıqlandı

admin